ZEMSTVO (ID - 44556)is. [rus.] tar. İnqilabdan qabaqkı Rusiyada: tərkibi əsasən zadəganburjua nümayəndələrindən ibarət olan məhdud hüquqlu yerli idarə. Zemstvo idarələri. Zemstvo yığıncağı. Zemstvo hakimi. - Sonra müəllim, zemstvo və hökumət məktəblərinə...
|
ZEND (ID - 44557)[əsli sanskritcədən] tar. Zərdüştilərin dini kitabı olan “Avesta” nın pəhləvi dilinə tərcüməsi. [Ceyniz:] Boş vaxtlarımı atamdan qiraət öyrənirdim. ilk əvvəl “Zend” oxumağa başladım. Çəmənzəminli.
|
ZENİT (ID - 44558)[fr. əsli ər.] astr. 1. Göyün, baş üstündəki ən uca xəyali nöqtəsi. Günəş heç vaxt qütblərdə zenitdə durmur, əksinə, ekvator boyunca Günəş həmişə zenitdə dayanır.
2. məc. Ən yüksək dərəcə, ən yüksək nöqtə,... |
ZENİTÇİ (ID - 44559)is. hərb. Zenit topçusu, təyyarə vuran topçu. Zenitçilərimiz düşmən təyyarələrini vurub saldılar. - Keçir baxışları göylərə dalan; Faşist quzğununu hey vurub salan; Şanlı zenitçilər böyük qürurla. Ə.Cəmil.
|
ZENKER (ID - 44560)is. [al.] Silindrik deşiklərin giriş hissələrini, fasonlu sahələrini təmiz emal etmək üçün istifadə olunan alət. // f. Zenkerləmək.
|
ZERZƏK (ID - 44561)is. məh. xüs. Quyunu uçub dağılmaqdan qorumaq üçün onun divarlarına və ağzına hörülən daş və ya kərpic hörgü.
|
ZERZƏKLİ (ID - 44562)sif. məh. xüs. Zerzəyi olan. Zerzəkli quyu.
|
ZEY (ID - 44563)is. [ər. ziyy] Zahiri şəkil, xarici görünüş, qiyafə, paltar. □ Öz zeyindən çıxmaq - öz cızığından, öz çərçivəsindən çıxmaq, azmaq.
|
ZEYİL (ID - 44564)is. [ər.] köhn. 1. Ətək, paltarətəyi.
Artırma, qeyd, əlavə (kitab barəsində). Mətnə dair təsvir və şərh. Aşağıda göstərilən. |
ZEYTUN (ID - 44565)is. [ər.] Zeytunkimilər fəsiləsindən bitki cinsi. Meyvəsindən yeyinti sənayesində və texnikada işlədilən yağ almır. Abşeronda zeytun yaxşı yetişir. Zeytun 5-12 metrə qədər hündürlükdə, yarpağı bozumtulyaşıl rəngli, həmişəyaşıl...
|
ZEYTUNÇİÇƏKLİLƏR (ID - 44566)cəm bot. Kol və ağac cinsindən olan bitki fəsiləsi. Birgözkimilər sırasının ancaq zeytunçiçəklilərfəsiləsi vardır. M.Qasımov.
|
ZEYTUNÇU (ID - 44567)is. 1. k.t. Zeytun yetişdirməklə məşğul olan adam.
2. köhn. Zeytun satan adam. |
ZEYTUNÇULUQ (ID - 44568)is. Zeytunçunun işi, peşəsi, məşğuliyyəti; zeytun yetişdirmə işi.
|
ZEYTUNİ (ID - 44569)sif. [ər.] Zeytun rəngində olan, bozumtul-yaşıla çalan. Zeytuni yarpaq.
|
ZEYTUNLUQ (ID - 44570)is. Zeytun ağacları əkilmiş yer, zeytun plantasiyası.
|
ZƏBAN (ID - 44571)is. [fars.] klas. Dil. Bir saat görməsəm, tuti zəbanım; Qopacaq başıma qiyamət eylə. M.P.Vaqif. Şəkər söhbətlidi, şirin dillidi; Tuti kimi xoş zəbanım gedibdi. Aşıq Ələsgər. □ Zəbana gəlmək - dilə gəlmək, dillənmək. Görcək...
|
ZƏBANƏ (ID - 44572)is. [fars.] klas. 1. Alov, alovun şöləsi. □ Zəbanə çəkmək - şiddətlə alovlanmaq, alışıb-yanmaq. O ancaq evlərinin zəbanə çəkərək yandığını gördü. Ə.Əbülhəsən.
2. Tərəzi və s. ölçü cihaz və alətlərinin dil... |
ZƏBƏR (ID - 44573)is. [fars.] Ərəb (fars) əlifbasında “ə” səsini bildirmək üçün samitlərin üzərinə qoyulan , işarəsi; fəthə. Orda ayindir şerin hər kəlməsi; Qarışıb bir-birinə zir və zəbər. Şəhriyar.
|
ZƏBƏRCƏD (ID - 44574)is. [ər.] Keçmişdə qiymətli daşlardan sayılan, zümrüdə bənzəyən yaşıl rəngli daş. Sabahısı gün qız oğlana bir zümrüd göndərdi. Oğlan getdi bazara, bir dənə zəbərcəd alıb qoydu bının yanına, qeytərdi dala. (Nağıl)....
|
ZƏBƏRDƏST (ID - 44575) |
ZƏBƏRDƏSTLİK (ID - 44576)is. Çox qüvvətlilik, qolugüclülük.
|
ZƏBT (ID - 44577)is. [ər.] Silah gücü ilə, zorla tutma, ələ keçirmə, hakimiyyəti altına alma, ixtiyarına alma; sahiblənmə, yiyələnmə. Qalanın zəbti. Şəhərin zəbti. □ Zəbt etmək - 1) zorla tutmaq, ələ keçirmək, hakimiyyəti altına almaq,...
|
ZƏBTİYYƏ (ID - 44578)is. [ər.] köhn. Polis nəfəri. [Həsən:] Bu, bir əsgərə jemper satmış, zəbtiyyələr yaxalamışlar. H.Nəzərli.
|
ZƏBT-RƏBT (ID - 44579)is. [ər.] köhn. Asayiş, intizam, nizam, qayda.
|
ZƏBUN (ID - 44580)sif. [fars.] klas. Zəif, qüvvətsiz, cansız, aciz, düşkün. Dust bipərva, fələk birəhm, dövran bisükun; Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun. Füzuli. Zira könlüm həvəslərin pəncəsində zəbundur; Qurtarmaram, nə...
|
ZƏBUNLUQ (ID - 44581)is. Zəiflik, qüvvətsizlik, cansızlıq, acizlik, düşkünlük. Aslanın qızarmış gözlərində olan məhzunluq və zəbunluq əlaməti Hacını da qəmgin edirdi. C.Cabbarlı.
|
ZƏBUR (ID - 44582)is. [ər.] Dini əsatirə görə, Allah tərəfindən Davud peyğəmbərə göndərilən kitab. [Dərviş:] Əvət, Quran, Zəbur, İncilü Tövrat; Birər röya ki zor təfsiri, heyhat! H.Cavid.
|
ZƏDƏ (ID - 44583)is. [fars.] 1. Toxunmaq, yaxud bərk bir şey dəymək nəticəsində bir şeydə əmələ gələn əzik yeri, qopuq, qəlpə, çatdaq və s. Bu stəkanın zədəsi var. // Meyvələrdə qurd dəymə, yaxud dolu və s.-dən əmələ gələn xəsar. Meyvənin...
|
ZƏDƏLƏMƏ (ID - 44584)“Zədələmək”dən f.is.
|
ZƏDƏLƏMƏK (ID - 44585)f Toxunaraq və ya toxunduraraq zədə vurmaq, xarab etmək, şikəst etmək, yaralamaq, əzmək, çatlatmaq və s. Həyatın küləkləri hamıdan əvvəl gənc yarpaqları zədələyir. M.S.Ordubadi. Əvvəl bir ox ilə heyvanın başını zədələmişdi....
|
ZƏDƏLƏNDİRMƏ (ID - 44586)“Zədələndirmək”dən f.is.
|
ZƏDƏLƏNDİRMƏK (ID - 44587)“Zədələnmək ’dən icb.
|
ZƏDƏLƏNMƏ (ID - 44588)“Zədələnmək”dən f.is. Badımcanı sərin yerdə saxlamaq və zədələnmədən qorumaq lazımdır..
|
ZƏDƏLƏNMƏK (ID - 44589)f. Bir şeyə toxunmaq və ya bir şey dəymək nəticəsində bir yeri əzilmək, zədə dəymək, zədə əmələ gəlmək, yaralanmaq, şikəst olmaq. Doludan almalar ağacda zədələndi. - Düşmən təyyarəsi döyüşdə zədələndi, faşistin...
|
ZƏDƏLƏNMİŞ (ID - 44590)” Zədələnmək”dən fsif Doludan zədələnmiş meyvə. Zədələnmiş bədən. - Kamil maşinisti tez əyləşdirib, özü onun yerini tutdu və zədələnmiş qayığı Aslandaşa sürdü. M.Süleymanov.
|
ZƏDƏLİ (ID - 44591)sif Zədəsi olan, zədə dəymiş; əzik. Zədəli yer. Zədəli bədən. - Qarı isə ömrünün son çağında onun dərdini dinləyən adama zədəli qəlbi ilə hörmət bəsləyir. S.Rəhimov. Qayçılayanlar isə şüşə kimi ağ, qara salxımları...
|
ZƏDƏLİLİK (ID - 44592)is. Zədəli şeyin hal və keyfiyyəti.
|
ZƏDƏSİZ (ID - 44593)sif. Zədəsi, nöqsanı, əziyi olmayan; bütöv, saf. Zədəsiz şüşə. Zədəsiz meyvə.
|
ZƏDƏSİZLİK (ID - 44594)is. Zədəsi olmama, bütövlük, tamlıq.
|
ZƏF (ID - 44595)is. [ər.] klas. Zəiflik, qüvvətsizlik, üzgünlük. Mana bu zəfü bihallıq, sağınma, pirlikdəndir; Gözün fikri məni yorğun salıb ahu qovanlartək. Q.Zakir. Zəf eylədi aciz məni, qaldım əməlimdən; Çəkdim nə ziyanlıq?! M.Ə.Sabir....
|
ZƏFƏR (ID - 44596)is. [ər.] tənt. Qalibiyyət, qələbə. Gəncə zəfəri İbrahim xanın nüfuzunu Azərbaycan xanlıqları arasında bir qat daha artırdı. Çəmənzəminli. Ey zəfər nəğməsi, sən ey şən nəğmə! Qanlı cəbhələrdə döyüşən nəğmə....
|
ZƏFƏRAN (ID - 44597)is. [ər.] 1. bot. Çiçəkləri yeyinti sənayesində istifadə olunan çoxillik soğanaqlı cənub bitkisi. Zəfəran tarlası. - [İbad Ocaqquluya:] Buğda əkənlər də gərək zəfəran əksinlər. C.Cabbarlı. // Həmin bitki çiçəklərinin,...
|
ZƏFƏRANI (ID - 44598)sif Zəfəran rəngli, sarı-narıncı rəngli. Zəfəranı şaftalı.
|
ZƏFƏRANLI (ID - 44599)sif. Zəfəran qatılmış, zəfəran vurulmuş, tərkibində zəfəran olan. Zəfəranlı plov. Zəfəranlı bozbaş. - Balkonun fəzasını ətirli şərbətlərin, zəfəranlı yeməklərin qoxusu doldurmuşdu. M.S.Ordubadi. Üstü zəfəranlı bir...
|
ZƏFƏRANPLOV (ID - 44600)is. Zəfəranlı plov. Görərsiniz ki, bacınız sizin üçün necə bir zəfəranplov bişirir. S.Rəhimov. Eşşək nə bilir zəfəranplov nədir? (Ata. sözü).
|
ZƏFƏRLİ (ID - 44601)sif. Xatalı, həyat üçün təhlükəli. □ Zəfərli yer dan. - zədələnməsi həyat üçün təhlükəli olan bədən üzvü. Nurəddini fayton basdıqdan sonra onun yaralı halında başına yığılmış adamlardan birisi dedi: - Hərgah zəfərli...
|
ZƏFƏRYAB (ID - 44602)sif. [ər. zəfər və fars. ...yab] klas. tənt. Müvəffəqiyyətə çatan, müvəffəqiyyət qazanan. // Qalib, qələbə çalan, qalib gələn. □ Zəfəryab olmaq - müvəffəqiyyət əldə etmək; // qələbə çalmaq, qalib gəlmək.
|
ZƏGÖV (ID - 44603)is. Çox acı və ya zəy dadlı şey.
|
ZƏĞƏN1 (ID - 44604)is. [fars.] klas. Qara qarğa, dolaşa. Tərlan yerini zağ və zəğən tutmaz. (Ata. sözü). Əgər dünyada insaf və ədalət olsa idi, tərlan yerində zağ və zəğən oturmaz idi. Ə.Haqverdiyev. Bülbül yerində indi oturmuş idi zəğən;...
|
ZƏĞƏN2 (ID - 44605)is. [ər.] klas. Çənə ortasındakı çuxur. Könül asayişi, canın rahəti; Gülgəz zənəxdanda, tər zəğəndədir. M.P.Vaqif.
|
Bu səhifə dəfə baxılıb