İzahlı lüğət

ZƏBUN

sif. [fars.] klas. Zəif, qüvvətsiz, cansız, aciz, düşkün. Dust bipərva, fələk birəhm, dövran bisükun; Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun. Füzuli. Zira könlüm həvəslərin pəncəsində zəbundur; Qurtarmaram, nə etməli? Bir çarəsiz cünundur. A. Səhhət. // Əsir, giriftar. □ Zəbun etmək (eyləmək) - 1) zəifləşdirmək, qüvvədən salmaq, cansızlaşdırmaq, düşkünləşdirmək. Nagəhan başlayıb vəba; taun; Sardı ətrafı, xəlqi etdi zəbun. H.Cavid; 2) əsir etmək, giriftar etmək. [Minnət xanım:] İnsaf eyləyin, bir baxın mənə! Mərcan eyləyir çox zəbun mənə! Ü.Hacıbəyov. Zəbun olmaq - 1) zəifləşmək, qüvvədən düşmək, cansızlaşmaq, düşkünləşmək; 2) əsir olmaq, giriftar olmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed