İzahlı lüğət

ZİLLƏNMƏK1 (ID - 45006)

1. qayıd. Zilləyib baxmaq, gözlərini qırpmadan diqqətlə bir nöqtəyə baxmaq.
məch. Yönəldilmək, dikilmək. Dörd nəfər yoldaşın nəzəri bir-birinə zillənir və hamıda eyni kədər və ələm hiss olunurdu. H.Nəzərli. ..Xəlfə...

ZİLLƏNMƏK2 (ID - 45007)

f. Zilə qalxmaq, yüksəlmək, ucadan səslənmək.

ZİLLƏŞDİRİLMƏ (ID - 45008)

“Zilləşdirilmək”dən f.is.

ZİLLƏŞDİRİLMƏK (ID - 45009)

məch. Zilə qaldırılmaq, tonu yüksəldilmək.

ZİLLƏŞDİRMƏ (ID - 45010)

“Zilləşdirmək”dən f.is.

ZİLLƏŞDİRMƏK (ID - 45011)

f . Zilə qaldırmaq, yüksək tona qaldırmaq (səsi).

ZİLLƏŞMƏ (ID - 45012)

“Zilləşmək”dən f.is.

ZİLLƏŞMƏK (ID - 45013)

f . Zilə qalxmaq, yüksək tona qalxmaq, tonu yüksəlmək.

ZİLLƏT (ID - 45014)

is. [ər.] Çətinlik, ağır şərait, pis vəziyyət, ağır maddi ehtiyac, yoxsulluq, məşəqqət, üsrət. [Mehribanın atası:] [Mehribanın] zillətdə qalmasına heç bir halda razı olmaram. S.Hüseyn. [İkinci oğlu:] Nə zillətdir, nə möhnətdir;...

ZİLLƏTLİ (ID - 45015)

sif Zillətlə dolu, ağır, çətin, əzablı, məşəqqətli.

ZİLLƏTMƏK (ID - 45016)

bax zilləmək1.

ZİLLİ (ID - 45017)

sif. Zil tökülmüş, zil qarışmış, zil ilə örtülü (bax zil3).

ZİLTƏNG (ID - 45018)

is. Atın dal tərəfindən belinə çəkilən ip, toqqa, örkən. Koroğlu Qıratın ziltəngini bərkitdi. “Koroğlu” .

ZİLVİYƏ (ID - 45019)

is. Un, bal və yumurtadan hazırlanan şirniyyat növü.

ZİMİSTAN (ID - 45020)

is. [fars.] şair. Qış, qış fəsli. Zimistan çəkməyən bülbül baharın qədrini bilməz. (Ata. sözü). Addadı zimistan, gəldi növbahar; Şamamanın tağı yaşıldı, yaşıl. Aşıq Ələsgər. ..Hər gecənin bir gündüzü və hər zimistanın...

ZİNA (ID - 45021)

is. [ər.] köhn. Qeyri-qanuni cinsi əlaqə. □ Zina etmək (eləmək) - qeyriqanuni cinsi əlaqədə olmaq. ...Bu rəvayət bir kişi ilə bir arvadın zina eləməyi barəsindədir. Məmmədquluzadə.

ZİNAKAR (ID - 45022)

is. və sif. [ər. zina və fars. ...kar] köhn. Zina edən, qeyri-qanuni cinsi əlaqədə olan (qadın və ya kişi). Dedilər ki, sizin aranızda binamazlar, oruc tutmayanlar, yetim malına qəsd edənlər, zinakarlar, əqidəsi süst olanlar vardır....

ZİNAKARLIQ (ID - 45023)

is. köhn. Qeyri-qanuni cinsi əlaqədə olma.

ZİNCİLFƏRƏC (ID - 45024)

is. Əncir doşabı ilə unun qarışığından bişirilib qurudulduqdan sonra yeyilən (adətən qışda) şirni.

ZİNDAN1 (ID - 45025)

is. [fars.] 1. Keçmiş zamanlarda: qaranlıq və müdhiş dustaqxana (adətən yerin altında olardı). Zindana atmaq. Zindana salmaq. - ..Sultanın hökmü ilə zindanlarda çürüyən min-min məşrutəxahların ahü naləsi Kəlküttəyə çata bilməyib,...

ZİNDAN (ID - 45026)

2 is. [ər.] Üzərində metal döymək üçün dəmirçi aləti. Dəmirçi qabarlı əlinə hovxurub, çəkici bir-iki dəfə boş zindana vurdu. B.Bayramov. □ Zindan kimi - çox ağır. Yol uzun, həsrət ağır zindan kimi; Hansı xəncər yarasıdır...

ZİNDANDAN (ID - 45027)

is. [fars.] bax zindançı. Mollabaşı Axund Səməd Ərkin zindanında zindanbandan eşitdi ki, onun mənsəbini Molla Ramazana veriblər, qüssəsindən fücətən həlak oldu. M.F.Axundzadə. [Səriyyə:] Alçaq cinayətkarlar kimi məni həbsə alıb,...

ZİNDANBANLIQ (ID - 45028)

bax zindançılıq.

ZİNDANÇI (ID - 45029)

is. Zindan baxıcısı, həbsxana gözətçisi, həbsxanaçı.

ZİNDANÇILIQ (ID - 45030)

is. Zindançının işi, vəzifəsi, zindan (dustaqxana) baxıcılığı.

ZİNDANXANA1 (ID - 45031)

[fars.] bax zindan1. Bəli, şahın əmri üzrə Qəməri bargahın xüsusi zindanxanasına saldılar. (Nağıl). Zindanxanada dar ağacı quruldu. Çəmənzəminli.

ZİNDANXANA2 (ID - 45032)

[ər. sindan və fars. ...xanə] klas. bax dəmirçixana.

ZİNDANLAMA (ID - 45033)

“Zindanlamaq”dan f.is.

ZİNDANLAMAQ (ID - 45034)

f köhn. Zindana salmaq, həbsə salmaq. Can alan, qan axıdanlarını zindanlamışıq. Ə.Nəzmi.

ZİNDANLANMA (ID - 45035)

“Zindanlanmaq”dan f.is.

ZİNDANLANMAQ (ID - 45036)

məch. Zindana salınmaq, həbsə salınmaq.

ZİNDƏ (ID - 45037)

sif [fars.] klas. Diri, canlı. Sən sanma ki oldur ol, mənəm mən; Bir can içrə zindədir iki tən. Füzuli. Hər zaman zindəyəm, hər zaman gəncəm; Şahları mat edən canlı şətrəncəm. A.Şaiq.

ZİNDƏGAN (ID - 45038)

is. [fars.] Həyat, yaşayış, məişət, dolanacaq, zindəganlıq, dirilik. Sən də deyirsən, dünya görürəm, ərik, kişmiş şirəsinə bulana-bulana gün keçirərsən, deyirsən ki, elə dünyanın zindəganı budur. Ə.Haqverdiyev.

ZİNDƏGANİ (ID - 45039)

is. [fars.] Həyat, dirilik, dolanacaq. Leyli sənə verdi zindəgani; Sən ol baqi, ol oldu fani. Füzuli.

ZİNDƏGANLIQ (ID - 45040)

is. Həyat, dirilik, yaşayış, dolanacaq, məişət. [Xotkar:] Nə qədər ki bu Koroğlunun səsi kəsilməyib, dünya üzündə zindəganlıq bizə haram olacaq. “Koroğlu” . Ölüm yeydir belə zindəganlıqdan. Q.Zakir. ..Komediya zindəganlığın...

ZİNƏT (ID - 45041)

is. [ər.] Bəzək, süs, yaraşıq. Rəhimin evində səhər tezdən qonaqlıq tədarükü görülürdü. Bahar, Rəhimə və Rahim süfrənin zinəti ilə məşğul idilər. S.S.Axundov. Hünərdir əmrə ilk zinət, onun hüsnündə məna var. S.Vurğun....

ZİNƏTÇİ (ID - 45042)

is. Zinət verən, zinət vuran adam; bəzəkçi.

ZİNƏTÇİLİK (ID - 45043)

is. Zinətçinin işi, peşəsi, sənəti.

ZİNƏTLƏMƏ (ID - 45044)

“Zinətləmək”dən f.is.

ZİNƏTLƏMƏK (ID - 45045)

f. Bəzəmək, zinət vermək, süsləmək, gözəlləşdirmək.

ZİNƏTLƏNDİRİLMƏ (ID - 45046)

“Zinətləndirilmək”dən f.is.

ZİNƏTLƏNDİRİLMƏK (ID - 45047)

məch. Zinət verilmək, bəzədilmək, süsləndirilmək.

ZİNƏTLƏNDİRMƏ (ID - 45048)

“Zinətləndirmək”dən f.is.

ZİNƏTLƏNDİRMƏK (ID - 45049)

f Bəzəmək, süsləmək, bəzək vurmaq, yaraşıq vermək. Məgər bu səhranı zinətləndirən və ağacın özünə hüsn və lətafət verən biz yarpaqlar deyilik? F.Köçərli.

ZİNƏTLƏNMƏ (ID - 45050)

“Zinətlənmək”dən f.is.

ZİNƏTLƏNMƏK (ID - 45051)

qayıd. Bəzənmək, süslənmək, özünə bəzək-düzək vermək; qəşəng geyinmək. ..Seyrəngah yaşıl otla, .. rəngli çiçəklərlə zinətlənmişdi. S.S.Axundov.

ZİNƏTLİ (ID - 45052)

sif Bəzəkli, süslü, bəzənmiş; qəşəng geyinmiş, bəzəkli-düzəkli. Zinətli nərgizdən, tər bənövşədən; Al-yaşıl geyinib şad olan dağlar! Aşıq Dilqəm. Azacıq sonra, Həmzə .. zinətli, amma tör-töküntülü otağın yuxarı...

ZİNG (ID - 45053)

is. 1. anat. məh. İnsan və heyvanlarda bazı və baldır sümüyü.
2. Bax zingirə.

ZİNGİLDƏMƏ (ID - 45054)

“Zingildəmək”dən f.is.

ZİNGİLDƏMƏK (ID - 45055)

f . 1. Zingilti səsi çıxarmaq. Buruq-buruq bacalardan çıxır tüstü, ağ duman; Küçələrdə it soyuqdan zingildəyir, üşüyür. A.Səhhət. itlərin bir neçəsi cürətlənib mağaranın içinə soxuldu. Ancaq çox çəkmədi, yenə zingildəyə-zingildəyə...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed