
ZİMİSTANis. [fars.] şair. Qış, qış fəsli. Zimistan çəkməyən bülbül baharın qədrini bilməz. (Ata. sözü). Addadı zimistan, gəldi növbahar; Şamamanın tağı yaşıldı, yaşıl. Aşıq Ələsgər. ..Hər gecənin bir gündüzü və hər zimistanın bir baharı olar.. C.Məmmədquluzadə. Pərişan gəzirsən bütün aləmi; Gözündə ilk bahar zimistan olur. S.Vurğun.
Paylaşın - Hamı bilsin
|