
ZİNGİLDƏMƏKf . 1. Zingilti səsi çıxarmaq. Buruq-buruq bacalardan çıxır tüstü, ağ duman; Küçələrdə it soyuqdan zingildəyir, üşüyür. A.Səhhət. itlərin bir neçəsi cürətlənib mağaranın içinə soxuldu. Ancaq çox çəkmədi, yenə zingildəyə-zingildəyə (z.) geri qayıtdılar. S.S.Axundov. Haf-haf gəldi, zingildədi; Quyruğunu qısıb dedi: - Sənin xallı küçüyünəm; Burnu qıllı küçüyünəm. M.Dilbazi.
2. Zınqıldatmaq. Paylaşın - Hamı bilsin
|