İzahlı lüğət

ZİNƏT

is. [ər.] Bəzək, süs, yaraşıq. Rəhimin evində səhər tezdən qonaqlıq tədarükü görülürdü. Bahar, Rəhimə və Rahim süfrənin zinəti ilə məşğul idilər. S.S.Axundov. Hünərdir əmrə ilk zinət, onun hüsnündə məna var. S.Vurğun. Çoxdur hədiyyələr insan adına; Qiymətli zinətlər, qiymətli daşlar. B.Vahabzadə. □ Zinət vermək (vurmaq) - zinətləndirmək, bəzəmək, süsləmək. Qarı nənə.. göyün üzünə yeddi qələmlə yeddi zinət vururdu. “Koroğlu” . Nə zinət veribdir eyvan, otağa; Ətri qoxur Bağdad baharı kimi. Aşıq Ələsgər. Xoş avazın verir zinət; Bu leylü nəhara, bülbül! Molla Cümə. Özünə zinət vermək - 1) bəzəmək, qiymətli daş-qaş taxmaq və qəşəng geyinmək. Məlik Cümşüd .. özünə zinət verib getdi Nuşapəri xanımın yanına. (Nağıl); 2) üzünə ənlik-kirşan vurmaq, üz-gözünü boyamaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

Z

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed