
ZİLLƏNMƏK11. qayıd. Zilləyib baxmaq, gözlərini qırpmadan diqqətlə bir nöqtəyə baxmaq.
məch. Yönəldilmək, dikilmək. Dörd nəfər yoldaşın nəzəri bir-birinə zillənir və hamıda eyni kədər və ələm hiss olunurdu. H.Nəzərli. ..Xəlfə ayağa durub qapıya yanaşdı, hamının gözü ona zilləndi. M.Hüseyn. Dik qalxmaq. Havaya zillənib, uçmaq istərdi; Dəhşətli bir meydan açmaq istərdi. H.K.Sanılı. Paylaşın - Hamı bilsin
|