İzahlı lüğət

ZALIM (ID - 44456)

sif. və is. [ər.] 1. Zülm edən, zülmkar, qəddar, mərhəmətsiz, insafsız. Zalım padşah. Zalım istismarçılar. - Mən görmüşəm, kafirim də görməsin; Nə yaman dərd imiş zalım ayrılıq. Molla Cümə. ..Bir dəstə zalım bir yerə...

ZALIMANƏ (ID - 44457)

[ər. zalim və fars. ...anə] bax zalımcasına.

ZALIMCASINA (ID - 44458)

zərf İnsafsızcasma, mərhəmətsizcəsinə, qəddarcasına, amansızcasına. Zalımcasına hərəkət etmək.

ZALIMLIQ (ID - 44459)

is. Zülmkarlıq, zülm etmə, amansızcasına incitmə, əziyyət vermə.

ZALOM (ID - 44460)

[rus.] zool. İri siyənək balığı.

ZALP (ID - 44461)

[lat.] bax yaylım1. Zalp atəşi. - Zalp atılan tüfənglərin səsi tikililəri tərpədirdi. Ə.Vəliyev.

ZAMAN (ID - 44462)

is. [ər.] 1. Vaxt, müddət. O hadisədən çox zaman keçdi. - Unudubsan məni xeyli zamandı. Aşıq Ələsgər. [Birinci əyan:] Bu qədər zaman paytaxtdan ayrıldığı heç yox idi... Ü.Hacıbəyov. Aradan üç aya qədər bir zaman keçmişdi....

ZAMANA (ID - 44463)

bax zəmanə. Ay zamana, zamana; Oxu qoydun kamana; Eşşəklər arpa yeyir; At həsrətdir samana. (Bayatı). Zamana ağırdır, Allah axırını xeyir eləsin. H.Nəzərli.

ZAMAZKA (ID - 44464)

[rus.] köhn. Şüşə ilə çərçivə aralarını və rəng çəkməzdən əvvəl dəlikdeşikləri tutmaq və ümumiyyətlə, hamar olmayan yerləri hamar etmək üçün işlədilən özlü maddə. Pəncərələrə zamazka vurmaq.
□□ Zamazka...

ZAMAZKAÇI (ID - 44465)

is. Zamazka çəkən (usta). iki gündür zamazkaçı gəlib çıxmır.

ZAMAZKALAMA (ID - 44466)

“Zamazkalamaq”dan f.is.

ZAMAZKALAMAQ (ID - 44467)

f . 1. Zamazka sürtmək, zamazka ilə tutmaq, qapamaq. Pəncərələri zamazkalamaq. Qapıları zamazkalamaq.
2. məc. dan. Ört-basdır etmək, üstünü malalamaq. Məsələni zamazkalamaq.

ZAMAZKALANMA (ID - 44468)

“Zamazkalanmaq”dan f.is.

ZAMAZKALANMAQ (ID - 44469)

məch. Zamazka sürtülmək, zamazka ilə qapanmaq.

ZAMAZKALATMA (ID - 44470)

“Zamazkalatmaq”danf.is.

ZAMAZKALATMAQ (ID - 44471)

icb. Zamazka vurdurmaq, zamazka çəkdirmək.

ZAMİN (ID - 44472)

is. [ər.] Öhdəsinə zaminlik götürən, zəmanət verən adam. [Heydər bəy:] Hacı, mən zamin ki, bu səfərdə bulardan sənə heç bir xata yetişməsin. M.F.Axundzadə. Mən zaminəm ki, olmaya bir illət ilə fövt; Hər xəstəyə dəva edələr...

ZAMİNKAR (ID - 44473)

is. [ər. zamin və fars. ...kar] Üzərinə zəmanət götürən adam, zəmanətçi, zaminə götürən, zamin duran, zamin.

ZAMİNKARLIQ (ID - 44474)

is. Başqasının verdiyi iltizamın yerinə yetirilməsi məsuliyyətini üzərinə götürmə, zamin olma; zaminlik.

ZAMİNLİK (ID - 44475)

is. Zamin olma, məsuliyyəti öhdəsinə götürmə; zəmanət. [Naçalnik Sona xanıma:] Sənin zaminliyin hər kəsin zaminliyindən etibarlıdır. M.F.Axundzadə.

ZAMŞA (ID - 44476)

[rus.] Xüsusi aşılama üsulu ilə hazırlanan üstü məxmər kimi yumşaq maral, qoyun və s. dərisi. // Bu dəridən tikilmiş, hazırlanmış. Zamşa əlcək. Zamşa tufli.

ZANBAĞI (ID - 44477)

sif Zanbaq rəngli, zanbaq kimi göy rəngi olan. Zanbağı çit. - [Sona] zanbağı kəlağayı örtmüş, belibüzməli, qollu ağ kofta, sumağı tuman geymişdi. Ə.Əbülhəsən.

ZANBAQ (ID - 44478)

is. [ər.] bot. Soğanaqlı, zəngəoxşar, ətirli çiçək. Ağ zanbaq. Sarı zanbaq. - Açılmış güllər, göy, sarı zanbaqlar; Bir cənnətdir bu gülşən hərtərəfli. A.Səhhət. Gülzarı süslərkən xoş qədəmləri; Boyun bükər bənövşələr,...

ZANBAQÇİÇƏKLİLƏR (ID - 44479)

cəm bot. Soğanaqlı, kökü yumru, bəzən də kökümsovlu çoxillik ot, yarımkol və ya ağac şəkilli bitkilər fəsiləsi.

ZANQ, ZANQAZARANQ (ID - 44480)

təql. Zəngi və ya başqa metalı vurduqda onlardan çıxan səs.

ZANQILDAMA (ID - 44481)

“Zanqıldamaq”dan f.is.

ZANQILDAMAQ (ID - 44482)

f . Zanqıltı səsi vermək. Zəng zanqıldayırdı.

ZANQILDATMA (ID - 44483)

“Zanqıldatmaq”dan f.is.

ZANQILDATMAQ (ID - 44484)

f . Zəngi və ya metalı bir şeylə vuraraq zanqıltı səsi çıxartmaq. Qazanı zanqıldatmaq.

ZANQILTI (ID - 44485)

is. Zəng və metal cisimləri vurduqda onların çıxardığı səs. ..Sağ tərəfdəki “Təzəpir” məscidinin minarəsindən ucalan axşam əzanının səsi, daha aşağıda sol tərəfdə “qızılı kilsə” adlanan Aleksandr kilsəsinin...

ZAPONKA (ID - 44486)

[rus.] Kişi üst köynəyi qollarının manjetinə taxılan düymə. Mahmud Qəmərimin .. [köynəyini] aldım. Gümüş zaponka axtarırdım. Mir Cəlal.

ZAPONKALI (ID - 44487)

sif. Zaponkası olan, zaponka taxılmış. Zaponkalı köynək.

ZAR1 (ID - 44488)

[fars.] klas. 1. Səslə, yanıqlı-yanıqlı ağlayan, inləyən, nalə edən, nalan (adətən izafətlərdə işlənir). Aşiqi-zar. Bülbüli-zar. // Yanıqlı-yanıqlı, həzin-həzin ağlama, inləmə; fəğan, nalə. □ Zar getmək - yanıqlıyanıqlı...

ZARAFAT (ID - 44489)

1. is. [ər.] Gülmək, əylənmək və dilxoşluq üçün deyilən söz və ya edilən hərəkət; hənək. Kobud zarafat. - Məhbub xanım gördü Koroğlu keçdi zarafata. “Koroğlu” . Bəndalı əvvəllər başa düşmür, Məşədi Hüseynin...

ZARAFATCA (ID - 44490)

zərf Zarafat yolu ilə; zarafatyana, zarafatla. Aşıq Ələsgərin zarafatca arvadına söz dediyini, bundan ötrü Anaxanımın küsüb getdiyini camaatın hamısı eşitmişdi. “Aşıq Ələsgər” .

ZARAFATCASINA (ID - 44491)

zərf Zarafat yolu ilə, zarafat tərzində. Zarafatcasına demək.

ZARAFATCIL (ID - 44492)

bax zarafatçı. Bir küncdə oturub siqar çəkən üzügülər, zarafatcıl Məmməd İsmayılov Hüseyni yaxşı tanıyır.. S.Rəhimov. Qaradinməz, öz qabığından çıxmayan, tərs Bədir depoda hamının tanıdığı, deyib-güldüyü, dost olduğu...

ZARAFATCILLIQ (ID - 44493)

bax zarafatçılıq. Zarafatcıllığı və comərdliyi ilə məşhur Zeynalın gur səsi bu dəfə qaranlıq izdihamın başı üstündə dalğalandı. Ə.Əbülhəsən.

ZARAFATÇI (ID - 44494)

sif. və is. Zarafat etməyi sevən (adam); hənəkçi, zarafatcıl. Zarafatçı adam. O yaman zarafatçıdır. - [Bağban] həmişə deyən, danışan, gülən, zarafatçı bir şəxs idi. S.S.Axundov. [Bəhram] çox zarafatçı və sözbaz idi. Ə.Vəliyev....

ZARAFATÇILIQ (ID - 44495)

is. Zarafatçı adamın xasiyyəti.

ZARAFATHƏNGİ (ID - 44496)

bax zarafatyana. Zarafathəngi demək. Zarafathəngi söz.

ZARAFATLAŞMA (ID - 44497)

“Zarafatlaşmaq”dan f.is.

ZARAFATLAŞMAQ (ID - 44498)

qarş. Bir-biri ilə zarafat etmək; hənəkləşmək. Qızların səsində elə bir səmimi məyusluq var idi ki, heç kəs zarafatlaşmır, gülüşmürdü. Ə.Vəliyev.

ZARAFATSIZ (ID - 44499)

zərf Zarafat olmadan, ciddi; doğrudan, həqiqətən. Bu sözü zarafatsız deyirəm. Zarafatsız danışmır. - [Halay:] Elədir, zarafatsız, bizim Turşsuyun bütün işıqlı dünyada bəlkə də tayı-bərabəri yoxdur. S.Rəhimov. Dostları Kələntərlinin...

ZARAFATYANA (ID - 44500)

zərf və sif. Zarafat yolu ilə, ciddi olmayaraq. Zarafatyana söhbət. - Hətta hesab müəllimi məsələləri taxtada həll edəndən sonra, zarafatyana üzünü ona çevirər, soruşardı: - Yaqub, necədir, etirazın yoxdur ki? Mir Cəlal. Salehin...

ZARANQ (ID - 44501)

təql. Metal cisimlərə bir şeylə toxunduqda və ya vurduqda, onların çıxardığı səs.

ZARANQAZARANQ (ID - 44502)

təql. bax zaranq.
Plovun da ətri evi bürüyüb, qazanın qazmağını zaranqazaranq ilə qopardırlar. C.Məmmədquluzadə.

ZARILDAMA (ID - 44503)

“Zarıldamaq”dan f.is.

ZARILDAMAQf (ID - 44504)

1. Şiddətli həyəcan, ağrı, əziyyət, əzab və s. təsirindən zarıltı səsi çıxarmaq; inildəmək. [Sofiya:] Allah xatirinə məndən əl çəkin, günahımı artırmayın, - deyir, ağır bir xəstə kimi zarıldayırdı. Çəmənzəminli....

ZARILDAŞMA (ID - 44505)

“Zarıldaşmaq”dan f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed