
ZARAFATYANAzərf və sif. Zarafat yolu ilə, ciddi olmayaraq. Zarafatyana söhbət. - Hətta hesab müəllimi məsələləri taxtada həll edəndən sonra, zarafatyana üzünü ona çevirər, soruşardı: - Yaqub, necədir, etirazın yoxdur ki? Mir Cəlal. Salehin görkəmi və işi Qorxmaza o qədər xoş gəlmişdi ki, bu dəqiqəcə onunla şirin söhbət etməyi qət edib zarafatyana bir şəkildə soruşdu. Ə.Vəliyev. Daşdəmir əmi zarafatyana öskürdü və bığlarını eşməyə başladı. M.Rzaquluzadə.
Paylaşın - Hamı bilsin
|