
ZANBAQis. [ər.] bot. Soğanaqlı, zəngəoxşar, ətirli çiçək. Ağ zanbaq. Sarı zanbaq. - Açılmış güllər, göy, sarı zanbaqlar; Bir cənnətdir bu gülşən hərtərəfli. A.Səhhət. Gülzarı süslərkən xoş qədəmləri; Boyun bükər bənövşələr, zanbaqlar.. H.Cavid. Zeynəbin lalə kimi olan üzü solub ağ zanbağa dönmüşdü. S.S.Axundov.
Paylaşın - Hamı bilsin
|