ZARAFAT1. is. [ər.] Gülmək, əylənmək və dilxoşluq üçün deyilən söz və ya edilən hərəkət; hənək. Kobud zarafat. - Məhbub xanım gördü Koroğlu keçdi zarafata. “Koroğlu” . Bəndalı əvvəllər başa düşmür, Məşədi Hüseynin sözlərini zarafat, ya bir xoş sözsöhbət sayırdı. Mir Cəlal. Kələntərli həmişə dara düşəndə olduğu kimi, indi də zarafata əl atdı. İ.Hüseynov. □ Zarafat bir yana danışarkən tamamilə ciddi tona keçmək istənildikdə deyilən ifadədir. Zarafat deyil ciddi məsələdir, əhəmiyyətli məsələdir. ..Camaatı ələ dolamaq zarafat deyil. U.Hacıbəyov. [Sədr:] Eyvaz kişini qınamaq olmaz. Zarafat deyil, bir il tamam olmamış kişinin sinəsinə qoşa dağ çəkildi. Ə.Vəliyev. Zarafat etmək (eləmək) - əylənmək, oynamaq, dilxoşluq etmək. Olmaya sən məni biiqrar sandın; Zarafat eylədim, ona inandın. M.P.Vaqif. Cumayəm, istərəm zarafat edəm; Nə fayda, yanından getməz xocası. Molla Cümə. Kəndlilərlə Mirzə həmişə şirin dillə zarafat eləyərək söhbət edərdi. Ə.Haqverdiyev. [Əhməd] buçağacan barıtla, güllə ilə zarafat eləməmişdi. B.Talıblı. Zarafat öz yerində - bax zarafat bir yana. Zarafata salmaq - zarafatla ötüşməyə, işin içindən çıxmağa çalışmaq. Sən zarafata salıbsan, amma mən düzünü deyirəm. M.Rzaquluzadə.
2. zərf Zarafatla şəklində: zarafat yolu ilə, zarafat tərzində, ciddi olmayaraq. Zarafatla demək. - Sözün düzünü zarafatla deyərlər. (Məsəl). Elçin də atasının zarafatına zarafatla cavab verdi. M.Rzaquluzadə. Paylaşın - Hamı bilsin
|