
ZARILDAMAQf1. Şiddətli həyəcan, ağrı, əziyyət, əzab və s. təsirindən zarıltı səsi çıxarmaq; inildəmək. [Sofiya:] Allah xatirinə məndən əl çəkin, günahımı artırmayın, - deyir, ağır bir xəstə kimi zarıldayırdı. Çəmənzəminli. Getdikcə ağır nəfəs alan Niyaz zarıldadı. M.İbrahimov.
2. Zar-zar ağlamaq. Uşaq zarıldayır. -Axşamçağı soyuqdan paltonuma bürünüb bazardan keçdikdə gördüm, bir dükanın qabağında üç uşaq durub zarıldayırdı. Çəmənzəminli. Uşaqlar “mən acmışam” , deyə zarıldayırdılar). C.Cabbarlı. zarıldaya-zarıldaya zərf Zarıltı ilə; ağlaya-ağlaya, inildəyə-inildəyə. Molla zarıldaya-zarıldaya şikayət etdi. P.Makulu. Paylaşın - Hamı bilsin
|