ZARAFATÇIsif. və is. Zarafat etməyi sevən (adam); hənəkçi, zarafatcıl. Zarafatçı adam. O yaman zarafatçıdır. - [Bağban] həmişə deyən, danışan, gülən, zarafatçı bir şəxs idi. S.S.Axundov. [Bəhram] çox zarafatçı və sözbaz idi. Ə.Vəliyev. Daşdəmir əmi bu zarafatdan xoşlanmış bir halda, zarafatçı gəncə eyni ahənglə cavab verdi. M.Rzaquluzadə.
Paylaşın - Hamı bilsin
|