ZƏFis. [ər.] klas. Zəiflik, qüvvətsizlik, üzgünlük. Mana bu zəfü bihallıq, sağınma, pirlikdəndir; Gözün fikri məni yorğun salıb ahu qovanlartək. Q.Zakir. Zəf eylədi aciz məni, qaldım əməlimdən; Çəkdim nə ziyanlıq?! M.Ə.Sabir. Bir dəfə Sofiya xanım studentin baxışından qorxmadı, gözlərinin içinə dik baxdı. Lakin ruhuna sükut gəlmədi. Zəfini duydu və başını yastığa söykəyərək ağladı. Çəmənzəminli.
Paylaşın - Hamı bilsin
|