
ZƏİFLƏMƏKf 1. Gücdən düşmək, qüvvətdən düşmək, əldən düşmək, halsızlaşmaq. Xəstə gündən-günə zəifləyir. - Ustanın azarı günü-gündən şiddətlənirdi; bədəni zəifləyib gücdən düşürdü. Çəmənzəminli.
2. Gücü, təsiri, təsir qüvvəsi, şiddəti, gərginliyi və s. azalmaq. Şaxta zəifləmişdir. İşıq getdikcə zəifləyir. Külək gah zəifləyir, gah güclənir. - Samovarın qaynaması zəifləyib, əvvəlki gurultu sakit olmuş, ocağın alovu sönmüşdü. H.Nəzərli. ..Əmiraslan baba Solmazın zəifləyən əlini ovcuna aldı. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|