
ZƏHLƏTÖKƏNsif. Öz hərəkət və sözləri ilə adamı təngə gətirən, bezikdirən, usandıran, cana gətirən, bıqdırıcı. Ancaq zəhlətökən müştəridən yaxa qurtarmaq üçün bunun da xeyri olmadı. S.Rəhman. Həmzənin zəhlətökən küy-kələkçi arvadının təkidinə baxmayaraq, yolda boyun-boğazlarının daş-qaşını, qızıl-gümüşünü çıxartmayanlar, indi aramla soyunub mücrü və sandıqlarına qoydular. Ə.Əbülhəsən. // Pis, xoşagetməyən, qulağa xoş gəlməyən. Bu zaman maşınlar qəzəblənib böyürür, tramvaylar məni yollarında görən kimi zəhlətökən bir səslə zingildəyir. Ə.Məmmədxanlı.
Paylaşın - Hamı bilsin
|