ZURNAis. Nəfəslə çalınan boruşəkilli, ağzıgen, kəskin səsli musiqi aləti. Zurna çalmaq. - Birdən qulağıma zurna səsi gəldi. S.S.Axundov. Rəqs qurtardıqda qapıdan məşəllərin işığı görünür və zurna səsi eşidilir. Ü.Hacıbəyov. [Gülyaz] ..ordlarını şişirdib zurnada ceyranı havası çalan çalğıçıların qarşısında məharətlə oynardı. M.Hüseyn.
□□ Zurna bağlamaq - dalca danışmaq, söz qoşmaq, böhtan atmaq. Zurna çalınmaq məc. - aləmə yayılmaq, söz-sov getmək, haqqında cürbəcür şayiələr yayılmaq. [Qaradonlu] bir-iki söz də səndən qopardacaq, onda görəcəksən ki, kəndin arasında zurna çalınır. İ.Hüseynov. Zurna çalmaq məc. 1) vulq. boş, mənasız danışmaq, uzatmaq, baş-qulaq aparmaq; 2) şişirdərək aləmə yaymaq, şayiə yaymaq, aləmə car çəkmək. [Pullu Məhərrəm:] Qardaş, bu nə zurnadı camaat çalır? Aşıq Ələsgər. [Hacı Murad:] Zurna çalıb aləmə səs salmısınız ki, Hacı Muradın pulunu sandıqlar tutmur. S.S.Axundov. Zurnası sonraya qalıb - adətən pis nəticələnəcək, mənfi nəticələrə səbəb olacaq bir şey haqqında. Əlinə zurna vermək - yalan vədlər vermək. Zurnaya qoyub çalmaq - biabır eləmək, rüsvay eləmək, aləmə yaymaq. Paylaşın - Hamı bilsin
|