
ZÜLMƏTis. [ər.] 1. Qaranlıq. Axşamdır, gün batmış, şəfəq saralmış; Çölə zülmət çökmüş, hava qaralmış. A.Səhhət. Çıraq ol! Nurunu artır günbəgün; Hər yerdə həyatın boğ zülmətini.. B.Vahabzadə. Zülmət çökdü, gecə gəldi; Zalım gecə necə gəldi! M.Dilbazi.
folk. Nağıllarda: İskəndərin dirilik çeşməsi axtarmaq üçün getdiyi çox qaranlıq yer. məc. kit. Mədəniyyətsizlik, nadanlıq, cəhalət mənasında. Elm bir nur, cəhl zülmətdir; Cəhl duzəxdir, elm cənnətdir. S.Ə.Şirvani. Paylaşın - Hamı bilsin
|