ZÜMZÜMƏis. [ər.] Ahəstə səslə, pəsdən, özü üçün oxuma, dodaqaltı oxuma. Eşitdim cavanların şirin zümzüməsini; Dinlədim layla deyən anaların səsini. Ə.Cəmil. Ötüşən quşların civiltili nəğməsi, büllur suların şirin zümzüməsi, sərin təranəsi [eşidilirdi]. M.Rzaquluzadə. □ Zümzümə etmək (eləmək) pəsdən, ahəstə səslə özü üçün oxumaq; dodaqaltı oxumaq. Kalvayı Qurban pəyəyə gedəndə gördü ki, Ələsgər camışın axurunda oturub, astadan zümzümə eləyir. “Aşıq Ələsgər” . Baxış bəy zümzümə eləməyə başladı. Ə.Abasov. // məc. Nəğmə, təranə, tərənnüm (bəzən şairanə təşbehlərdə işlənir). Quşların zümzüməsi. Suların zümzüməsi. - Axşam sularının zümzüməsində; Bir yeni dünyanın nəşidəsi var. S.Vurğun. Ağ samovar zümzümə eləyir, Müşkinaz.. həzin-həzin oxuyurdu. Ə.Vəliyev.
Paylaşın - Hamı bilsin
|