İzahlı lüğət

ZƏNGİN

sif 1. Çoxlu mal-dövləti, sərvəti, maddi vəsaiti olan, çox varlı. Zəngin ölkə. - Bu kənd böyük, zəngin bir kənd idi. N.Nərimanov. // Eyni mənada adam haqqında. Heç zənn etməm özgənin mali; Bizi zəngin qılıb edə ali. M.Ə.Sabir.
Çox bol, çoxlu, bollu, çox geniş. Zəngin dil (söz ehtiyatı və ifadə vasitələri çox bol olan inkişaf etmiş dil). Zəngin kitabxana. Zəngin neft yataqları. Əsəri yazmaq üçün zəngin material toplanmışdır. Zəngin imkanlardan istifadə etmək.
Çox qəşəng, çox gözəl, möhtəşəm, dəbdəbəli, təmtəraqlı, cah-calallı. O yerdə ki quşlar oxur, söylənilən türkülər; Andırır ki, o torpağın zəngin təbiəti var. S.Vurğun.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed