
ZƏNƏNis. [fars.] 1. Qadın, arvad. Camaat yer eylədilər, zənənnər gəlib oturdular. “Aşıq Ələsgər” . □ Zənən xeylağı evf. - qadın, arvad. Onda ki, şahi-şəhid Ingilistanə təşrif aparmışdı, ingilis padşahı da o zaman bir zənən xeylağı idi. M.S.Ordubadi.
2. Həyat yoldaşı, arvad. Günlərin bir günündə genə də padşahın zənəni həmli olur. (Nağıl). Paylaşın - Hamı bilsin
|