İzahlı lüğət

ZORBALIQ

is. dan. 1. Yekəlik, irilik, böyüklük; zorba şeyin halı. Başladı tərifə palıd qamətin; Oydü özün, zorbalığın, halətin. M.Ə.Sabir. Yusif Qaraca qızın tərsliyinə təəccüb edib arvadına deyərdi: - Bu zorbalıqda ayı mənim qamçımın qorxusundan hər cür oyun çıxarır, amma bu balacalıqda qızın əlində aciz qalmışam. S.S.Axundov.
2. məc. bax zorbazorluq. Hər yerdə, hər mühitdə haqsızlığın, qolugüclülüyün, zorbalığın əleyhinə çıxışlar olurdu. S.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ZUR

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed