İzahlı lüğət

ZOLLAMAQ2

f. vulq. 1. Uzun, möhkəm bir şeylə bərk vurmaq, ilişdirmək, çəkmək. Dəli şeytan deyir ki, bir dəyənək; Mollanın zolla başına zirək. S.Ə.Şirvani. [Atakişi:] Bir yol Ditdili Həsənin gündəyməzindən bir ağac zolladım ki, iki ay sümüklərinə yağlı xəmir saldılar. C.Cabbarlı. Dava qızışan kimi hər kəs əyilib öz başmağını çıxarıb əlinə alar və bir-birinin sir-sifətinə zollayardı. Qantəmir.
2. Yararsız bir şey kimi atmaq, tullamaq. Ah, o saətdən lüt eylər mürdəşir əndamüvi; Taxta üstündə yuvar, tabutə zollar canüvi. M.Möcüz.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed