
ZOĞis. Ağacda və başqa bitkilərdə yenicə cücərən göy qabıqlı incə budaqların hər biri; pöhrə. Söyüdün zoğları. // Ağacın və başqa bitkinin yer altındakı rişələrindən çıxan cücərti. Kişi Xanpərini pambıq kolunun yanına aparıb içəridən qalxan bir zoğu göstərərək dedi... Ə.Vəliyev. □ Zoğ atmaq (vermək, etmək) - yeni yaşıl qollar əmələ gəlmək. Alma ağacı yaxşı zoğ atıbdır. - Yazın bu ayında xoş keçər illər; Zoğ edib rişədən baş verər güllər. Aşıq Ələsgər. Ağaclar yeni zoğ atır, yamaclarda yaşıl otlar göyərir. M.İbrahimov.
Paylaşın - Hamı bilsin
|