İzahlı lüğət

ZOLAQ

is. 1. Bir endə olan uzun forma, bir şeyin bir endə olan dar, uzun parçası. Dəmir zolağı. Kağız zolağı.
Enli xətt. Abı zolaqları olan parça. Ağsarı zolaqları olan divar kağızı. Parçada qırmızı zolaqlar. // Bir şeyin buraxdığı uzun, ensiz iz; xətt; zol. işıqlanıb al zolağı; Parlayanda göy qurşağı; Birnəfəsə çıxdıq dağı. M.Dilbazi.
Bir sahənin, səthin və başqa bir şeyin ümumi fon üzərində hər hansı bir əlaməti ilə fərqlənən uzanmış hissəsi. Qara tüstü zolaqları. - ..Dan yeri sökülməyə başlayır, içəriyə işıq zolaqları süzülürdü. M.Hüseyn. Bu qaranlığı haradansa düşən Ay işığının zolağı ikiyə parçalamışdı. Ə.Məmmədxanlı.
Bir şeyin uzanıb gedən qismi; qurşaq, zona, sahə. Qaratorpaq zolağı. Səhra zolaqları. Sahilin qumlu zolağı. - Yolumuz .. təzə salınmış meşə zolaqları arasından keçirdi. M.Dilbazi.
köhn. Kolxozlar təşkil olunmadan əvvəl: kənd torpağının ayrı-ayrı kəndliyə məxsus olan dar şum sahəsi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ZAL

ZOM

ZOR

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed