
ZIQQANMAQf Gücənmək, gücə düşmək, hıqqanmaq. // Bir işi çox çətinliklə görmək. Idarədəkilər Müsyö Qomel ilə birlikdə hələ də o kəlmənin üstündə zıqqanırdılar. Qantəmir.
zıqqana-zıqqana zərf Gücənə-gücənə, hıqqana-hıqqana, gücə düşərək, güclə, çətinliklə. Belə yerdə zıqqana-zıqqana kağız oxumaq çox ayıb olacaqdı. Qantəmir. Bəy zıqqana-zıqqana ağır gövdəsini yerdən üzdü, dərhal yekə döşəkçəyə çırpdı. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|