
ZƏVZƏKLİKis. Çox danışqanlıq, lağlağılıq, boşboğazlıq, naqqallıq. [Xan:] Bivecdir, əlindən zəvzəklikdən başqa bir şey gəlməz. Çəmənzəminli. Yaman qəzəbləndi bu zəvzəkliyə; Baş həkim Cahangir çıxdı özündən. B.Vahabzadə. □ Zəvzəklik etmək - boşboğazlıq etmək, naqqallıq etmək, boş-boş danışmaq. Sabah bu arvad gedib orda-burda zəvzəklik edərək Siratın dövlətli tərəfdarı olduğunu danışa bilərdi. Ə.Əbülhəsən.
Paylaşın - Hamı bilsin
|