
ZƏRRƏCƏzərf Zərrə qədər də olsa, az da olmuş olsa; heç, əsla, qətiyyən. Zərrəcə qorxusu yoxdur. - Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana; Zərrəcə qəti-məhəbbət etmədin, əhsən sana. Füzuli. Uzun illər sənə qaldım mən həsrət; Zərrəcə görmədim mehrü məhəbbət. M.P.Vaqif. Amma mən zərrəcə darılmaz idim; O qaranlıqda heç də qorxmaz idim. A.Səhhət.
Paylaşın - Hamı bilsin
|