İzahlı lüğət

ZƏRRƏ

is. [ər.] Bir şeyin ən kiçik hissəsi. [Qəhrəman:] Kənarda şiddətlə əsən qış ruzgarı birqat pəncərələri yumruqlayır, kiçik qar və buz zərrələri ilə bombardman edirdi. H.Nəzərli. Buradakı dağ günəşinin tərkibində olan zərrələr .. misilsiz dərmanlardır. S.Rəhimov. Hər zərrəsi ulduz kimi; Gur bulaqdan sular axdı. M.Dilbazi. □ Zərrə qədər (də), bir zərrə qədər - bax bir zərrə. Mehrin könüldə zərrə qədər bir zavalı yox. S.Ə.Şirvani. Tahir qızın gecikməyindən zərrə qədər də incimirdi. M.Hüseyn. [Sultan:] Sənin o quru qəfəsənin altında vətənə heç zərrə qədər də məhəbbət yoxdur, Məcid. I.Hüseynov. Bir zərrə - 1) bir az, çox cüzi miqdar. Bir zərrə su içdim. Bir zərrə ondan ver. - Qızın dodaqlarında və üzündə bir zərrə də olsa qırmızılıq qalmamışdı. M.S.Ordubadi; 2) qətiyyən, heç, əsla. Yox böylə ikidilli, yamanüzlü cəfakar; Bir zərrə utanmaz! M.Ə.Sabir. [Xəyyam:] Yox, oxşayacaq ruhumu bir zərrə səadət; izlər məni hər dürlü fəlakət. H.Cavid.
zərrə-zərrə zərf Zərrələrlə, çox kiçicik hissələrlə, az-az, cüzi-cüzi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed