
ZAHİDis. [ər.] 1. Dünyanın zövq və nemətlərindən əl çəkib vaxtını ibadətlə keçirən dindar adam. Zahidi-xudbin nə bilsin zövqünü eşq əhlinin; Bir əcəb meydir məhəbbət kim, içən huşyar olur. Füzuli. Pərdeyidam eyləmiş zahid ridasın xəlq üçün. Qövsi. istəyir cənnəti zahid bu qədər hiylə ilə; Əbləhin fikrini gör, dildə təmənnasına bax. S.Ə.Şirvani. 2. məc. Cəmiyyətdən, insanlardan qaçaraq qapalı həyat keçirən adam haqqında. Zahid olub, heç kəsə qarışmaz.
Paylaşın - Hamı bilsin
|