ZADis. [ər.] 1. Şey. Hər zad. Heç zad yoxdur. - Nə şirindir məhəbbəttək zad olmaz; Ölənədək könül ondan yad olmaz. M.V.Vidadi. Mən aşıq qan ayağı; Qan əli, qan ayağı; Aşıq bir zad görübdür; Üç başı, on ayağı. Sarı Aşıq. Kişi, məlum zaddı ki, övrətdən güclü olar. C.Məmmədquluzadə. Yox idi könlünü açası bir zad; Dayanmazdı insan, olsa da polad. H.K.Sanılı. // Bəzən söylənmək, istənilən söz yada düşmədikdə, onun əvəzinə deyilir. O .. zadı mənə ver. - Məşədi ibad: - Mən də sən zad deyiləm, rədd ol burdan! Ü.Hacıbəyov. □ Heç zad - heç bir şey. Heç zadın üstündə şagirdi döymək.. mötəbər qaydalardan sayılırdı. F.Köçərli. [Məşədi İbad:] istəyirsən mən də atam kimi səndən heç zad almayım.. Ü.Hacıbəyov.
2. Adətən başqa sözlərlə birlikdə qeyrimüəyyənlik bildirir (çox vaxt qoşulduğu sözün ifadə etdiyi şeyin əhəmiyyətsizliyini bildirir). Ona bir az şey dən-zaddan ver. Pul nədir, zad nədir! - Xanım, mən cəlladdanzaddan qorxan deyiləm. “Koroğlu” . [Qurbanəli:] Bir əppəkdən-zaddan ver, zəqqumlanaq. N. Nərimanov. [Sultan bəy Süleymana:] Buyur, gedək o biri otağa, çaydan-zaddan içək, söhbətimizi də orada edək. Ü.Hacıbəyov. Paylaşın - Hamı bilsin
|