ZAİLsif. [ər.] klas. Daimi olmayan, müvəqqəti, fani, keçici, puç. □ Zail etmək (eyləmək) - puç etmək, yox etmək, məhv etmək, heçə çıxarmaq. Nə gözəldir sənin şirin sözlərin; Zail etdi məni ala gözlərin. Qurbani. Zakirəm, eylədin əqlimi zail; Olmaz belə surət, belə şəmail... Q.Zakir. Gərdənə yaraşır qızıl hamayıl; Görənin ağlını edibdi zayıl... Aşıq Ələsgər. Vaiz demə kim, zail edər əqli ziyalə; Badə gətirər mərdümi-huşyarı kəmalə. S.Ə.Şirvani. Zail olmaq - keçmək, yox olmaq. Heyhat ki, tədbir ola bu xanəxərabə; Zail olub əqli. M.Ə.Sabir. Vaxtı ilə [Ceyranın] üzündə gördüyüm solğun məhzunluq büsbütün zail olmuşdu. S.Hüseyn. Lakin şəhərə düşən birinci bombadan o diksinincə, elə bil, dərhal aradan bu illər qalxıb zail oldu. Ə.Əbülhəsən.
Paylaşın - Hamı bilsin
|