İzahlı lüğət

ZƏİFLİK

is. 1. Qüvvə azlığı, gücsüzlük. İşığın zəifliyi. Motorun zəifliyi. // Üzgünlük, taqətsizlik, qüvvətsizlik, xəstəlik halı, fiziki qüvvə azlığı, arıqlıq. Qıçlarında zəiflik hiss etmək. - [Qızın] çöhrəsində bir yorğunluq və zəiflik hiss olunurdu. M.S.Ordubadi. [Gülara] zəiflikdən bir skelet şəklini almışdı. Ə.Vəliyev.
2. Bir şeyin yerinə yetirilməsində lazımınca möhkəmlik, səbat və ardıcıllıq olmaması; iradəsizlik, qətiyyətsizlik, acizlik, bacarıqsızlıq, qabiliyyətsizlik. Rəhbərliyin zəifliyi. Bütün günah onun zəifliyindədir. - [Qadir] özünün zəifliyindən o qədər acıqlandı ki.. Ə.Əbülhəsən. □ Zəiflik göstərmək - acizlik göstərmək, iradəsizlik göstərmək. // Kifayətsizlik, yarıtmazlıq, qüsurluluq, nöqsanlılıq, nöqsan, qüsur. Aparılan işlərin zəifliyi. Təşkilat cəhətdən zəiflik. Eşitmə (görmə) qabiliyyətinin zəifliyi. // Azlıq, çatışmazlıq. Əqli zəiflik. Orqanizmdə vitaminlərin azlığı zəifliyə və ya xəstəliyə səbəb olur.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed