
ZƏKİ[ər.] bax zəkalı. [Şeyx Kəbir:] Lakin ən son yerin, zəki Sənan! Olacaq son nəfəsdə Gürcüstan. H.Cavid. ..Mən də xoşnudam ki, məmləkətdə belə zəki cavanlar tapılır. C.Cabbarlı. Ziba olduqca zəki, gözüaçıq bir zəmanə qızı idi. S.Hüseyn. [Musanın nəvəsi] məharətlidir, zəkidir, gözüaçıqdır, cəld və zirəkdir. Qantəmir.
Paylaşın - Hamı bilsin
|