
ZƏLALƏT1is. [ər.] 1. klas. Alçalma, alçaqlıq, həqarət, rəzalət, xarlıq. Bu nə zəlalətdir?
2. Zillət, əzab və əziyyət, çətinlik, möhnət. Amma o millət ki, ümidini qılınca bağlayıb, həmişə zəlalətdə bulunubdur. N.Nərimanov. [Dərvişin] üzündə və gözlərində əziyyət nişanələri oynaşıb çox zəlalətlərə düçar olduğuna işarə verirdi... A.Divanbəyoğlu. Zəlalət çəkmək - əziyyətlə, zillət içində yaşamaq, çətin dolanmaq, acı, ağır həyat keçirmək. Zəlalətə düşmək - zəlil olmaq, zillətə düşmək, bəd-bəxt olmaq. [Hacı Novruz:] Belə zəlalətə düşməkdənsə biryolluq ölüb qurtarmaq məsləhətdir. Ə.Haqverdiyev. Paylaşın - Hamı bilsin
|