ZƏLİLsif. [ər.] Zəlalətə düşmüş; yazıq, bədbəxt, həqir, fəqir, xar. Mən indi hazıram, ömrüm bu dəm tamam olsun; Belə zəlil (z.) yaşamaq bir kərə haram olsun. A.Səhhət. □ Zəlil etmək - pis günə qoymaq, bədbəxt etmək, xar etmək, alçaltmaq. Demin ki, yarə edib Seyyidi zəmanə zəlil; Məbadə könlü yanə, könlümü xərab görüb. S.Ə.Şirvani. [Şamama cadu:] Allah heç kəsi zəlil eləməsin... Ə.Haqverdiyev. Zəlil olmaq - bədbəxt olmaq, pis günə qalmaq, xar olmaq, alçalmaq. [Naçalnik:] Sizin nəcabətinizə hərgiz layiq deyil ki, özünüzü bədnam edib ümənai-dövlətin nəzərində xar və zəlil olasınız. M.F.Axundzadə. Zəlil olsun! - bəddua, qarğış nidası. Olsun düşməniniz həmişə zəlil; Duaçıdır sizə hər yoxsul, əlil. H.K.Sanılı.
zəlil-zəlil zərf Yazıq-yazıq, fağır-fağır. Paylaşın - Hamı bilsin
|