
ZƏMANƏTis. [ər.] Zaminlik, zamin olma. [Əbdüləli bəy:] Balaş, sizin təməs-sükün vaxtı dünən qurtarmışdır. Çünki mən zəmanət vermişəm. C.Cabbarlı. □ Zəmanət etmək - zamin olmaq. [Vəzir:] Mən də zəmanət edirəm. Ə.Haqverdiyev. // Bir şəxs haqqında verilən yaxşı rəy. Bu zəmanəti kim vermişdi? - Abbas karandaşla bir əlcə kağıza ərizəsini yazdı, üç nəfərdən zəmanət aldı. Ə.Əbülhəsən.
Paylaşın - Hamı bilsin
|