
ZƏMİNƏbax zəmin 3-cü mənada. [Məsmə:] Məni yuxu aparmırdı. Məruzəm üzərində çıxışda bulunan natiqlərə verəcəyim cavab üçün zəminə düşünürdüm. S.Hüseyn. [S.Vurğun] o zaman yazmış olduğu bir sıra şeirlərində möhkəm bir zəminədə durur. O.Sarıvəlli. □ Zəminə yaratmaq (hazırlamaq, qoymaq) - lazımi şərait yaratmaq, hazırlamaq. Danışıqlar üçün müvafiq zəminə yaratmaq (hazırlamaq). - Biz də bu gecə mühüm bir hadisənin zəminəsini qoymalıyıq. M.S.Ordubadi.
Paylaşın - Hamı bilsin
|