
ZƏNGİNLƏŞMƏKf . 1. Varlanmaq, varlı olmaq, malı, dövləti daha da artmaq.
2. məc. Biliyi, məlumatı artmaq; əqlən, mənən daha da inkişaf etmək; kamilləşmək. Şiraslan öz-özünə cavab verdi: “Bəli, insan təbiəti dərk etməklə, onu dəyişdirməklə özü də zənginləşir” . S.Rəhimov. insan mənəvi cəhətcə yalnız o zaman həqiqi mənada zənginləşə bilər ki, onun həyat idealı bütün başqa hissləri üzərində hakim olsun. M.Hüseyn. Paylaşın - Hamı bilsin
|