İzahlı lüğət

ZƏNGULƏ

is. [fars.] Azərbaycan klassik musiqisində: 12 əsas muğamdan biri. Əsas muğam bunlar idi: üşşaq, nəva, .. zəngulə və hicaz. Ü.Hacıbəyov. // Hər bir xanəndəyə xas olan iki qonşu tonun tez təkrarından əmələ gələn titrək səs. Zəngulə ilə oxumaq. - Könüllər dillənir zənguləsində; Hər təzə havaya təzə söz seçir. H.Hüseynzadə. □ Zəngulə vurmaq - oxuyarkən bu cür səslər çıxarmaq (xanəndənin oxumaq xüsusiyyəti). [Suraxanski:] Hansı məşhur xanəndə, Qaryağdıoğlundan başlamış, mənim kimi zəngulə vura bilər? Ə.Haqverdiyev. Hətta [Fərəc] zəngulə vuranda uşaqlar bir-birinə baxıb dişlərini ağardırlardı. Qantəmir. O, sazın zil pərdəsini dilləndirir və o zamanın ən məşhur xanəndəsi olan Keçəçioğlunun zəngulələrini düzgün vurmağa çalışırdı. A.Şaiq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ZE

ZEH

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed