İzahlı lüğət

ZƏNN

is. [ər.] 1. Kafi dəlil üzərində əsaslanmayan ehtimal, güman, qeyri-qəti fikir. Qəzetin olmadı bu həftə əyan; Yüz yerə getdi zənnü fikrü güman. S.Ə.Şirvani. Mənim zənnim ayrı yerə getdi. Mir Cəlal. □ Zənn etmək (eləmək) - güman etmək, ehtimal etmək, düşünmək. [Əhməd:] Mən elə zənn edirdim ki, Gülnazın nazənin səsin eşitsəm bihuş olaram. T.Ş.Simurq. [Bəhram Pəriyə:] Mənim adımla özünü təsvir edirsən, zənn edirəm. C.Cabbarlı. Zənn etməyin o saçlar özözünə ağarmış. H.Hüseynzadə. Zənn ilə diqqətlə. Qürbət bir şəhərin bazarında iki adam qabaq-qabağa gəlib bir-birinə zənn ilə baxdılar. Çəmənzəminli. Ağa sağ əlini çənəsinə dayadı, kirpiklərini bir dəfə də qırpmadan Tahirə zənn ilə baxdı. M.Hüseyn. Zənnim kəsmir - güman etmirəm, inana bilmirəm, ağlım kəsmir. Zənnimcə - mənim fikrimə görə, fikrimcə, düşündüyümə görə, ehtimalıma görə. Zənnimcə, o, doğru demir. Zənnimcə, bu gün soyuq olacaq. - [Nadir bəy:] Yalnız Çingizi, yaxud onun kimi bir-iki cahangiri haqsız görüb də, başqalarını haqlı göstərmək, zənnimcə, pək böyük bir haqsızlıqdır. H.Cavid. [Xanım:] Qısqanclıq yaxşıdır yerində; Hər şey üstə qısqanclığa meydan verməyin, zənnimcə, mənası yoxdur. Çəmənzəminli. Zənnini yayındırmaq - çaşdırmaq, fikrini azdırmaq. ilyas uzandığı yerdə sakitcə dayanıb düşmənin zənnini yayındırırdı. Mir Cəlal.
Şübhə, şəkk, güman. Zənnin kimə gedir? - Mümkün olsa lap kökündən qaldırıb bir zənn ilə; Cümlə mətbuatı viran etməli bundan sora. M.Ə.Sabir. [Hacı:] Mənim səndən zənnim var idi. Ə.Haqverdiyev.
Yaddaş, hafizə. [Zülfüqar dedi:] Zənnim korlanıb, sizi yaxşı tanıya bilmədim. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ZUR

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed