İzahlı lüğət

ZƏQQUM

is. [ər.] 1. Acı meyvəsi olan bir cins ağac; ağı ağacı. [Xortdan:] Odabaşıdan xahiş etdim ki, zəqqum ağacını mənə göstərsin. Ə.Haqverdiyev. // Bu ağacın meyvəsi.
2. məc. Çox acı şey haqqında. Heyif oldu yarın şirin söhbəti; Zəhərə, zəqquma, ağıya döndü. Molla Cümə. Görürəm Muğanın, Milin havası; indi acı deyil bir zəqqum kimi. R.Rza.
□□ Zəqqum! zəqqum yeyəsən! - qarğış, söyüş mənasında. [Vəzir:] Zəhirmar, zəqqum, sən mənə elə xörək yediribsən ki, bir ay da yeməsəm acmanam. M.F.Axundzadə. Zəqqum kimi - zəhər kimi (çox acı). Həyat bir zəqqum kimi; Görünürdü o xana. S.Vurğun.
[Xanpəri] heç nə deyə bilmədi, cavab verəcəyi sözlər zəqqum kimi boğazına yığılıb xirtdəyinə tıxandı. Ə.Vəliyev. Sifətindən (üzündən) zəqqum yağmaq - çox acıqlı, hirsli, qaşqabaqlı adam haqqında. Gözünü kövşənə zilləyib həyatını torpağa bağlamış kəndlilərin sifətindən elə bil zəqqum yağır, zəhər ələnirdi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed