İzahlı lüğət

ZƏR1

is. [fars.] klas. 1. Qızıl. Zər ilə olan zor ilə olmaz. (Ata. sözü). Ey mücəssəm duyğu, ey ülvi bəşər; Ey çamırlıq içrə düşmüş safzər. A.Səhhət. Gözəlsən, tərifin düşüb mahala; Zər kəmər yaraşır qaməti-dala. Aşıq Ələsgər. Neçə məktəblərimiz var, neçə cəmiyyətimiz; Zərimiz, zivərimiz, qüvvətimiz, qüdrətimiz. Ə.Nəzmi.
Qızıl suyu, yaxud qızılı toz. Zər vurmaq. Zər kağız (üzərinə qızıl suyu çəkilmiş, yaxud qızıl tozu ilə örtülmüş kağız). Zər yazı (qızıl suyu ilə yazılmış yazı). - Bunu oxumusanmı? - deyə mizin üstünə atdığı sarı cildli, zər yazılı kitabı göstərdi. M.Hüseyn. Rəis zər paqonlu qaraşın bir oğlan idi. Mir Cəlal. Qoşqar sinəsi atlana-atlana daşların üstünə qaçar, .. zər kimi bərq vuran balıqları yığmağa başlardı. İ.Hüseynov.
Bax zərxara. Zər tuman, zər arxalıq; Yaşılı, həm alı göyçək. Aşıq Ələsgər.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ZAT

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed