
ZƏRBAFis. [fars.] 1. Bafta, güləbətin, zərli parça toxuyan usta.
2. Qızıl və ya güləbətinlə qarışıq parça, habelə bu parçadan tikilmiş paltar. Alaydım yaşmağın, açıb kəmərin; Çıxarıb əynindən zərbafın, zərin. M.P.Vaqif. Böyükxanım başında zərbafçarşab .. salam verib daxil oldu. M.S.Ordubadi. Belinə yaraşıb zərbafdan kəmər; Çəpkənli, çarqatlı ağbədən gəlir. Aşıq Abbas. Paylaşın - Hamı bilsin
|