ZƏRBƏis. [ər.] 1. Qolaylayaraq bir şeylə şiddətlə vurma; vuruş. Yumruq zərbəsi. Balta zərbəsi. Zərbə səsi. □ Zərbə endirmək (çalmaq, vurmaq) - 1) bir şeylə bərk vurmaq. Bizləri osmanlı, alman, rus gətirdi, heyrətə; Zərbə vurdu hər biri mümkün qədər hürriyyətə. Ə.Qəmküsar. Şaxtaçılar çalarkən zərbəsini dağlara; Radiodan yayıldı bu səda uzaqlara. M.Rahim; 2) zərər vermək. [2-ci bənna:] Haydı, quzum, kərpic at; Kərpic gətir, az su qat; Gecikmə, gəl, durma, gəl! işə zərbə vurma, gəl. H.Cavid. Zərbə yemək - vurulmaq, döyülmək, zərbəyə məruz qalmaq. Gəldiyev nagahani zərbə yemiş adam kimi səndirlədi, özünü saxladı. Mir Cəlal. // Bərk dəymə, şiddətlə çarpma. Top gülləsinin zərbəsi. Dalğanın zərbəsi.
2. Şiddətli həmlə, ansızın və qəti hücum. Cinahdan vurulan zərbə. Gözlənilməz zərbə. Ansızın zərbələr düşməni sarsıtdı. - Faşistlər zərbəmizə dözməyib geriyə qaçdılar. M.Hüseyn. // məc. Bir şeyin qabağını almaq, bir şeyi aradan qaldırmaq üçün görülən qəti tədbir, hərəkət. Müharibə qızışdır anlar a qəti zərbə vurmaq. 3. məc. Ağır mənəvi və ya cismani sarsıntı. Taleyin zərbələri. Oğlunun ölümü onun üçün ağır zərbə oldu. Xəstəlik onun səhhətinə ağır zərbə vurdu. - Əgər insan güclü məxluq olsaydı, ən ağır zərbələrə də dözərdi.. M.Hüseyn. □□ Zərbə altına qoymaq - təhlükə qarşısında qoymaq. Paylaşın - Hamı bilsin
|