
ZƏRBİ-MƏSƏLis. [ər.] Məsəl kimi söylənilən məşhur söz, xalq ifadəsi, atalar sözü. [Hacı:] Nə qədər timsal və zərbi-məsəllər eşitsəniz, uşaqlarınıza deyin, dəftərlərinə yazsınlar. Qantəmir. □ Zərbi-məsəl olmaq dillərdə məsəl kimi işlənmək. Çarın bu mahir rüşvətxoru özünün həyasızlığı ilə Təbriz tacirlərinin arasında zərbi-məsəl olmuşdu. M.S.Ordubadi.
Paylaşın - Hamı bilsin
|