.....i_l_by_id_with_comments ZƏRƏRDİDƏ sözünün izahı / ZƏRƏRDİDƏ sözünün mənası

İzahlı lüğət

ZƏRƏRDİDƏ

sif. [ər. zərər və fars. ...didə] Bir hadisə, fəlakət və s. nəticəsində zərər çəkmiş, ziyan görmüş, xəsarət görmüş. Zərərdidə adam. Zərərdidə ölkə. - Malı gedənlər və zərərdidə (z.) olanlar qorxudan baş komandanın yanına şikayətə gedə bilmirdilər. M.S.Ordubadi. // İs. mənasında. Zərərdidələrə kömək. Daşqın zərərdidələri. - Yüzbaşının yasavulları küçələri dolanırdılar və zərərdidələri yoxlamaqda idilər. C.Məmmədquluzadə. □ Zərərdidə olmaq - zərər çəkmək, ziyan görmək, xəsarətə uğramaq. Əvvəla, təhlükə zamanlarında Məşədi Kazım ağanın maliyyə işləri zərərdidə olurdu. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
....