ZƏRƏRSİZsif. Zərəri toxunmayan, zərəri olmayan; ziyansız. Zərərsiz dərman. Zərərsiz adam. - Şeyx, o bir möhtərəm, zərərsiz adam; Həm müsafir, qəribü aciz adam. H.Cavid. Molla Xəlil axırda bu fikrə gəlmişdi ki, müəllimlə dost olsun. Bu vasitə ilə onu özü üçün zərərsiz (z.) bir hala sala bilərdi. S.Hüseyn.
Paylaşın - Hamı bilsin
|