ZİFAFis. [ər.] Oğlanın (bəyin) qızla ilk görüşü. İki gün əvvəl Münəvvərin zifafına dəvət olunmuş xanımlar yavaş-yavaş gəlib yuxarı başa keçirdilər. M.S.Ordubadi. □ Zifaf gecəsi (axşamı) - oğlanın (bəyin) qız otağına girdiyi birinci gecə. ..Hərçənd zifaf gecəsi qız bir az atıldı-düşdü, amma bu atılıbdüşməyə bir çürük qəpik verməzlər. “Mol. Nəsr.” Zifaf axşamının səhəri sağdış və soldış gəlib “bəyi” evdən çıxarıb sağdışgilə aparardılar. R.Əfəndiyev. Zifaf otağı - oğlanla (bəylə) qızın birinci dəfə görüşdüyü otaq. [Rəşid:] Zifaf otağında təzə gəlini görcək Qurbanqulu təəccüb edib dalı çəkilir. T.Ş.Simurq.
Paylaşın - Hamı bilsin
|