
ZİL1is. [fars.] 1. Musiqi alətlərinin ən yüksək tonu (bəm əksi). // sif. Beyindən gələn ən yüksək və nazik (səs haqqında). Zil səs. - Melodiya bir-biri ilə qarşılıqlı münasibətdə olan ayrı-ayrı səslərdən düzəlir. Bu səslər bir-birinə nisbətən zil (yüksək) və bəm (aşağı) olur. Ə.Bədəlbəyli. Birinci katibin kabinetindən eşidilən zil qışqırtı Səmədi diksindirdi. İ.Hüseynov. □ Zil pərdə - yüksək (zil) səs çıxaran pərdə (tarda, sazda). [Araz] sazın zil pərdəsini dilləndirir. A.Şaiq. Zilə çəkmək - simli musiqi alətini yüksək tonda kökləmək; zil pərdədə çalmaq. Tarı zilə çəkmək. - Sazı zilə çəkir, sözü dərinə; Mümkünmü düşünüb fikrə getməmək. H.Hüseynzadə; // bax zilə qalxmaq. Xanəndə zilə çəkdiyindən hamının gözü onda idi. M.Hüseyn. Zilə gətirmək - bax zilə çəkmək. Sazı zilə gətirmək. Zilə qalxmaq - oxuyarkən və ya çalarkən ən yüksək not götürmək, ən yüksək tona keçmək; // zil pərdədə çalmaq. Uzaqlarda, bir eyvanda zilə qalxır kaman, tar; Kənd üstüylə ötə-ötə durna uçur bir qatar. Ə.Cəmil.
2. köhn. Zəng. [Əşrəf] onları qürur ilə dinlədikdən sonra, masa üzərindəki zili basdı. A.Şaiq. □□ Zilə çəkmək məc. - 1) çox şişirtmək, ifrata varmaq; 2) sınamaq üçün bərkə-boşa çəkmək, sıxışdırmaq. Paylaşın - Hamı bilsin
|